作词 : Hüseyn Abdullayev 作曲 : Hüseyn Abdullayev Mənə bir daha baxmaz sənin qara gözlərin Sənə bir də toxunmaz mənim soyuq əllərim Deyilməmiş o sözlər bir də heç vaxt dil açmaz O solğun xatirələr sənə məndən danışmaz Sənə məndən danışmaz Get, gözümdən axan yaşlar Sevgimin naxışları Apar özünlə Ömrümə sən yağan yağışları Unutdur ürəyimə Birgə ötən günləri Dön get Bundan sonra bu dünya Sadəcə bir məkandır Harada hər bir şey yalan Sevgi ölüb, doğulan Harada yaxşı və yaman Bir yolun yolçuları Qayalarla dərdləşir dənizin dalğaları Sanki vurur daşlara puç olmuş arzuları Ötən gözəl anların nə ucuzmuş dəyəri! Tənha qalsın qəlbimtək bizim görüş yerləri Bizim görüş yerləri... Get, gözümdən axan yaşlar Sevgimin naxışları Apar özünlə Ömrümə sən yağan yağışları Unutdur ürəyimə Birgə ötən günləri Dön get Bundan sonra bu dünya Sadəcə bir məkandır Harada hər bir şey yalan Sevgi ölüb, doğulan Harada yaxşı və yaman Bir yolun yolçuları Get, gözümdən axan yaşlar Sevgimin naxışları Apar özünlə Ömrümə sən yağan yağışları Unutdur ürəyimə Birgə ötən günləri Dön get Bundan sonra bu dünya Sadəcə bir məkandır Harada hər bir şey yalan Sevgi ölüb, doğulan Harada yaxşı və yaman Bir yolun yolçuları