作词 : Fikrət Qoca 作曲 : Adil Bəbirov Göyərçinim, uç görüm Qanadların var olsun Çiçək açsın yer üzü Dünya bəxtiyar olsun Mən anayam, bir ana Ürəyimi apar hər yana Mən anayam, bir ana Ürəyimi apar hər yana Qanadlarım ağ çiçək Hər lələkdə bir ürək Anaların ürəyi Göyərçinim, uç görək Mən anayam, bir ana Lay-lay çalaram cahana Mən anayam, bir ana Lay-lay çalaram cahana Günəş də bir ananın Ürəyi kimi gəlir Qızıl rəngli laylası Yer üzünə yayılır Mən anayam, bir ana Lay-lay çalaram cahana Mən anayam, bir ana Lay-lay çalaram cahana, cahana, cahana...