[00:00.00] 作词 : Əkbər Novruzlu [00:01.00] 作曲 : Əkbər Novruzlu [00:03.95]2020-ci il, sentyabrın 27-i [00:10.59]“120” minaatan batareyasıyla [00:15.39]Füzulinin Aşağı Kürdmahmudlu kəndindən döyüşə girmişik [00:23.00]Bizlə axıra qədər döyüşüb geri dönməyən [00:28.93]Bütün uşaqların xatirəsinə [00:32.48]Bütün şəhidlərimizin xatirəsinə [00:36.46]“120” ilə müharibəyə başladım [00:39.92]Düşünürdük ki, təlimdir, baş qatır [00:43.72]Mən əsgərin gözündə yaş tapıb [00:47.37]Anladım, əsgərlik, müharibə başqadır [00:50.81]Gülürdüm, yaşayanda anladım mən [00:54.40]Yaraları qaşıyanda anladım [00:57.94]Dərk eləmirdim harada olduğumu [01:01.59]Sonra şəhid daşıyanda anladım [01:05.15]Bir adam zəifdir, bir adam güclü [01:08.77]Bu abu-havaya da bir aya düşdük [01:12.44]Gəldiyimiz gün səhv yola girdik [01:16.14]Maşında uşaqlar minaya düşdü [01:19.46]Soyuqda, şaxtada necə dayanırdıq [01:23.16]Zülmət qaranlıqda gecə dayanırdıq [01:26.85]On nəfərə bir tikə əti bölürdük [01:30.56]Amma doydum - deyirdik, biz ona inanırdıq [01:34.25]Sanki o yağış da yağırdı mənə [01:37.78]Mülkidən gəlirəm, ağırdır mənə [01:41.42]Mərmidən üstümə tullanan zabit [01:45.09]Ana əmanəti kimi baxırdı mənə [01:48.77]Yaxınımda bombalar partlayırdı [01:52.37]Yanımızda çox uşaqlar ağlayırdı [01:56.09]Atırdıq, erməni ölürdü [01:59.73]Sevincdən hamı bir-birin qucaqlayırdı [02:03.36]Hamı ölümü belə yox sayırdı [02:06.94]Sanki tanrı sınağa çəkib yoxlayırdı [02:10.74]Torpağa getməyi gözləyən uşaqlar [02:14.39]Hər gün torpaqda yuxulayırdı [02:17.97]Qaçanlar yolların azdılar ki [02:21.61]Bilə-bilə qəbrini qazdılar ki [02:25.26]Soruşsan, tarixini bilməyən uşaqlar [02:28.91]Elə bir tarix yazdılar ki! [02:32.48]Xarı bülbül solmasaydı [02:36.16]Bu ağır günlər olmasaydı [02:39.81]Gözüm olanlara dolmasaydı [02:43.46]Mənim yanımda uşaqlar olmasaydı [02:47.16]Mən ölmüşdüm… [02:50.60]Sanki bunların hamısını [02:54.34]Öncədən yuxumda görmüşdüm [02:57.96]Çoxdan ölmüşdüm, mən ölmüşdüm [03:01.52]Mən ölmüşdüm… [03:05.10]Hamı dua eləyəndə ümidin işıqları sönmüşdü [03:09.91]Sanki bunların hamısını [03:13.43]Öncədən yuxumda görmüşdüm [03:17.06]Mən ölmüşdüm… [03:20.66]Mən ölmüşdüm… [03:24.27]Çoxdan ölmüşdüm, mən ölmüşdüm