作词 : Pərviz Isaqov/Anar Cəbiyev 作曲 : Erkin Erkin/Pərviz Isaqov Kim olursan ol, varındır bir yol Bu dünya tamaşa, oynayırsan rol Gün qurtardı, atıb cildini sən olursan Öz qavradığın varlığına cəm olursan Ya öz rolunu yoluna uyğun tuş edirsən Ya da xəyallarında məstləşib dəm olursan Kim olursan ol, varındır bir yol Bu dünya tamaşa, oynayırsan rol Gün qurtardı, atıb cildini sən olursan Öz qavradığın varlığına cəm olursan Ya öz rolunu yoluna uyğun tuş edirsən Ya da xəyallarında məstləşib dəm olursan Çox bərk getmə barı, bax aşağı, yuxarı Belə bu dünya malı elə dünyada qalır Kimlərsə qohumlarına yığdıqları cah-cəlalı Gah yel dağıdır, gah da sel aparır Həyatındır varın, həm vaxtın azalır Tox arzuların, tez verər barı Yaşa necə istəyirsən, yaşa yenə azad ol Bir-iki sönmüş işığı yandır ki, qəlbində şad ol Mehriban hissini itirib pessimist olma Öz varlığına qəsd edib ekstremist olma Kimsə, nəsə düz deyil, gücün yoxdur, durma! Cilovla səbrini, yan keç, boşuna vurma Kim olursan ol, varındır bir yol Bu dünya tamaşa, oynayırsan rol Gün qurtardı, atıb cildini sən olursan Öz qavradığın varlığına cəm olursan Ya öz rolunu yoluna uyğun tuş edirsən Ya da xəyallarında məstləşib dəm olursan Kim olursan ol, varındır bir yol Bu dünya tamaşa, oynayırsan rol Gün qurtardı, atıb cildini sən olursan Öz qavradığın varlığına cəm olursan Ya öz rolunu yoluna uyğun tuş edirsən Ya da xəyallarında məstləşib dəm olursan Çox yavaş da getmə, dostum, sürətini düzgün tut Bu həyat bildiyindən də pozğun Ya uğuru unut, ya da qucağına uzan Ya sürət qazan, ya da ol iynə ilə gor qazan Heç nə asan deyil, heç nə asan Amma qaçma sən, yoxdur kəsən, asan Sən nə Qəddafi, nə də Səddamsan Elə yaşa, deməsinlər əzazil ya qəddarsan Bil, unudulur cəlladlar, geriyə qalır çox az adlar Xatırlanarlar adi insanlar Hansılar ki, düşünməyib dövlət var Bil, qarşıda ölmək var... Yaşa yarat! Sən gedəcəksən, işlər qalacaqlar Kim olursan ol, varındır bir yol Bu dünya tamaşa, oynayırsan rol Gün qurtardı, atıb cildini sən olursan Öz qavradığın varlığına cəm olursan Ya öz rolunu yoluna uyğun tuş edirsən Ya da xəyallarında məstləşib dəm olursan De, görək hər bir işi ata-atdır, kimdir bu adam? Bəs hara getdisə bata-batdır, kimdir bu adam? Bütün günü yatdı, itdi-batdı, kimdir bu adam? Yaxud bütün arzularına çatdı, kimdir bu adam? Biri də var ki, işi, peşəsi elə şikayətdir Vallah, adam da var şorqoğalı ona kifayətdir Eləsi də var, atdığı hər bir addım cinayətdir Danışdırırsan, deyir, ətdir-mətdir, nə söhbətdir? Eləsi də var, dindirirsən, sənlə kəlmə kəsmir Uzun-uzun danışırsan, bir demir də - bəsdir Qabağında min oyundan çıxırsan ki, səninlə danışsın Sonda kimsə deyir ki, dildən, qulaqdan şikəstdir Həyat əbəs o kəsə ki, fikri lal, qəlbi kor Bizə nə var? Ver bir kağız, qələm, çörək və şor Bizim işimiz söz, bizim işimiz fikir çıxartmaq Odur ki, yemək tapmasaq da, olmuruq dilxor