作词 : Pərviz Isaqov 作曲 : Vüsal Həsənov Bu soyuqluq Üşüdür, üşüdüm, üşüdüm Bu səssizlik kar edir Var idin, bəs indi? Əllərin dondurur Üzümə toxunma, uzaqda dur Yoluma çıxma sən Bu qədəri bəsimdir Təcrübə sevgidə yaramır heç bir işə Sevgi oyunlarında yer yox vərdişə Hər dəfə eyni halqaları fırlanmalı olursan Və oyundan çıxırsan əgər yorulsan Burulğan olur, ancaq hər şeyin əvvəlində Həvəslənirsən, qeydlər eliyirsən dəftərində Sənə bağışlanır səhvlərin də Sevinirsən ki, sevilirsən səhvlərinlə belə Amma hər şey dəyişir həftələrlə, günlərlə, saniyələrlə Həyat dolmağa başlayır maneələrlə İçində baş verən şübhələrlə oyanırsan gecələr Anlaya bilmirsən - nə bu qarışıq hadisələr... Qapanırsan, hər şeydən sən soyuyursan Kənardan izləyərək anlamağa qoyulursan Ya cəhənnəm istisində yanaraq kül olursan Ya da soyuqdan iliklərinə qədər donursan Bu soyuqluq Üşüdür, üşüdüm, üşüdüm Bu səssizlik kar edir Var idin, bəs indi? Əllərin dondurur Üzümə toxunma, uzaqda dur Yoluma çıxma sən Bu qədəri bəsimdir Küsmək, barışmaq, bu bəzəyidir sevginin Amma əgər hər küsəndə dəyişmirsə sevgilin Sən sevmək nədir bilirsənsə, arifsən onda Bilirsən, dərin batan tikanı var hər gülün Hər bir günün dəyəri də başqadır sən sevəndə Sanki bütün dünya gülür - bunu sən istəyəndə Fəsillərdən nə olur olsun, heç bir fərqi yox Sənə xətər gəlmir soyuqdan istidən də Son söz, bil heç vaxt deyil sənin son söz Sən ancaq deyərək korlaya bilərsən - ön söz Kin yığmaq, başına cin vurmaq, özündən çıxmaq Axmaqlıq... Sən heç nəsən sevgidə dözümsüz Nə qədər dözümün var, ondan çox dözəcəksən Elə bilmə ayrıldın, daha tənha üzəcəksən Əgər daddınsa bircə dəfə dadını Adını çəkib, gözünü yumub, sonra köçəcəksən Bu soyuqluq Üşüdür, üşüdüm, üşüdüm Bu səssizlik kar edir Var idin, bəs indi? Əllərin dondurur Üzümə toxunma, uzaqda dur Yoluma çıxma sən Bu qədəri bəsimdir