作词 : Aydın Əhmədzadə/Pərviz Isaqov 作曲 : Vüqar Camalzadə Əgər bir gün itirsən gücünü Ya da heç nəyə qalmasa dözümün Düşünmə ki, hər şey itirilib Möhkəm-möhkəm sən yum gözünü Özünü ən sevilən adam hesab elə! Bax gör, onda problemlər necə çözülür?! Hər birimizin ipi tez-tez üzülür Gərək biz yaddan çıxarmayaq düzünü Ki, bizim həyatımızda var birlər Hansı ki, heç vaxt itirilmirlər Bu qədər qarma-qarışıqlığın içində Onlar tərpədilməz və silinməzdirlər Əvəzedilməz şeylər hələ də var Bizi dayandırmağa çalışanlar Biz sevə-sevə edirik yola davam! O var! Və bizi aparır qabağa! O istəkdir O arzudur Həyat eşqi ilə Hər an doludur Min-min insan Nalə-üsyan De, nəsən sən Anlamazsan? O istəkdir O arzudur Həyat eşqi ilə Hər an doludur Min-min insan Nalə-üsyan Anlamazsan bu dərdi, möhnəti Sənə heç yoxdur güman Əsas – ürəyin səsini eşitməkdir Qalan hər şey zamanla düzəlir Vaxtında işlətdiyin xoş söz Əvəz edəcək yardımçı yüz əli Əməyi itirmək – insan xisləti Pisi tez görmək – hər kəsin adəti İstək isə yox edə bilir pis hər şeyi Əslində hər şey çox sadədir Bax, nə edir, bax, sevgi nə edir Bax, indi kimsən, bax, əvvəl nə idin Hər saniyənin öz hökmü var və Bil, səni dəyişə bilən yalnız sevgidir Aç əlini iki yana, çək havanı sinənə Qaçırma bu anı, olmayacaq bir də Amma bil ki, onu görmək istəsən sən Rastına çıxacaq o hər yerdə O istəkdir O arzudur Həyat eşqi ilə Hər an doludur Min-min insan Nalə-üsyan De, nəsən sən Anlamazsan? O istəkdir O arzudur Həyat eşqi ilə Hər an doludur Min-min insan Nalə-üsyan Anlamazsan bu dərdi, möhnəti Sənə heç yoxdur güman