作词 : Pərviz Isaqov 作曲 : Lewis Max Asher/Ramic Mirza Doludur qəmli sətirlərlə kitablar Bilinmir ki, indi sevincdən kim ağlar Daha əvvəlkitək çağlamayan bulaqlar var İçimdə siyasətdən doğulmamış uşaqlar var Daxmalardan qaçanlarıq biz Şəhərlərdə çox qələbəlik, qalmır iz Bir gün özümü itirsəm, kim anlar ki Qələmi vərəqə daha da sıx Tətiyi gicgahda düşün, artsın cəsarət Vur! İçinə qonan qarğaları uzaqlara, çox uzaqlara uçur Və yalnız yalançılar ən gərəkli anlarda susur! Yalançılıq - bu deyil qüsur Bu təbii fəlakət, bu mədəni xəyanət Bu bədəni zəmanət altında beyinə ticarət Bu, yabanı bitki kimidir Bitdiyi yerlərdə xarabalıqdan olur əlamət Və nəqarət... Gec qalmaqdan qorxmamaq İrəli getmək, geriyə baxmamaq Qonaq edə bilməyəcəyəm səni dünyama Xoş gəlmisən dar daxmama Gec qalmaqdan qorxmamaq İrəli getmək, geriyə baxmamaq Qonaq edə bilməyəcəyəm səni dünyama Xoş gəlmisən dar daxmama Həyat düşündüyümdən də alçaq Nə biləydim ki, dostlarımı pulla satın alacaq Ən yaxşısı, düşünüm ki, onlar şəhid olublar Bundan sonra ruhları Allaha yaxın olacaq Amma tək düşünməklə olmur ki, bu həyat Bizə kim öyrədib ki, dadlı olur bayat? Biz yaxşı yaşamağı sayırdıq birgə yaşamaq Amma indiki yaşama demək olmaz babat Fərat Dəclədən ayrıldı, demək, mümkün hər şey Səhv kimi sübut olundu mövcud düzgün hər şey Yıxılmarıq, yıxılsan tutarıq - deyən hər kəs Toz olub sovruldu, indi ölgün hər şey Mənim səsim olmamalı idi bu verse-də Pis tələbələri fələk qovur dərsdən Həyat mənə üçbucaqlarını hədiyyə edir Qarğalarsa qanad çaldı qorxub səsdən Gec qalmaqdan qorxmamaq İrəli getmək, geriyə baxmamaq Qonaq edə bilməyəcəyəm səni dünyama Xoş gəlmisən dar daxmama Gec qalmaqdan qorxmamaq İrəli getmək, geriyə baxmamaq Qonaq edə bilməyəcəyəm səni dünyama Xoş gəlmisən dar daxmama