作词 : Pərviz Isaqov 作曲 : Pərviz Isaqov Kimsə dinləyəndə deyəcək ki, fake guitar Mənim üçün isə əsas odur ki, bu musiqidə ruh var Çoxdandır yazmıram qələmlə vərəqdə, Amma bu o demək deyil ki, azalıb səbəblər Dostlarım uzaqlarda - Ankara, Oslo, Milan Bakının küləkli havası bezdirir yaman Qırıq mənalarla, toplayıram sətirlər Amma ki, bütün fikirlərim dağılır bir ətirlə O sənin əlindən əlimə keçən iy Səninlə əl-ələ gəzərdim çox küçəni Amma ki, Bakı küləyi dağıdır saçını Səni qorumaqdır ömürlük seçimim Demədiyim şeylər var sözlərlə Sən tut əlimdən, bax gözümə Cümlələr olur dar, sözlər də Elə ki, nəfəsin dəyir üzümə Demədiyim şeylər var sözlərlə Sən tut əlimdən, bax gözümə Cümlələr olur dar, sözlər də Elə ki, nəfəsin dəyir üzümə Sənə Günəş dedim, parıladın ömrümdə Amma ki, bir neçə il əvvəl, yadımdadır Ömrümdə yatsaydım, bəlkə də, yuxumda da görməzdim Yox, elə ancaq yuxularda görərdim mən bizi Əl-ələ gəzməyimizi, diz-dizə söhbətlərimizi Dodaqlar toxunardı, yuxudan oyanardım Kimsə deyib - bir yerdə olmaq soyudur sevgini İstəyərdim o adam dinləsin mənim nəbzimi Duyanda səsini, tutanda əlini Sığallayıb qucaqlayanda incə belini Qoxlamaq telini - dünyanın ən zövqlü işi Sanki, bütün problemlər sənsizlikdə ilişib Düzəlir hər bir işim, varsansa yanımda Yaşamı bağlamışam, tək sənin varlığına Mübahisələr, davalar, qısa müddətli ayrılıqlar Qalır arxada... Günəşim, pıçılda Demədiyim şeylər var sözlərlə Sən tut əlimdən, bax gözümə Cümlələr olur dar, sözlər də Elə ki, nəfəsin dəyir üzümə Demədiyim şeylər var sözlərlə Sən tut əlimdən, bax gözümə Cümlələr olur dar, sözlər də Elə ki, nəfəsin dəyir üzümə