作词 : Pərviz Isaqov 作曲 : Vüsal Həsənov Köhnə nağıl və ya pritça Havalan, qanadlan, qanad çal Deyil heç bir sətir səbəbsiz Hər bir sətir üçün səbəb var Sən səbəbkar, mən hadisə Səhrada rast gəldim oazisə Narazı olanda verərəm canımı Təki ruhum hiss etsin ki, sən razısan Sən “O”-san, mənim ürək paramsan Mən yaralı, sən ən dərin yaramsan Tapmadım ətrini mən heç kimdə Nə qədər varamsa, sən varımsan Sən yarımsan, həyat yoldaşım Həm sağımda, həm soldaşım Artıq sözlər oyunu tərk edir Gəl görək notlar nə danışır Həyat sən güldükcə üzümə gülür Günlər ard-arda keçmişə düzülür Sənin gözəlliyin günü-gündən artır Mənim ayaqlarım yerdən üzülür Düzümü qəribə hadisələr olur Xoşagəlməz hər şey tez unudulur Bizim üfüqlərdə günəş batmır Sadəcə, arada bulud olur Nə qədər deyən var idi – unut onu Biz ayrılırdıq, biz birləşirdik Kimsə bilmir nəyin necə olur sonu Alın yazımızı birgə dəyişdirdik Dama-dama göl olur, iki adamdan ev Sevgi nələr qazandırmır Boynumu qucaqla, dodağımdan öp Dinlə notlarla qazandığımı