作词 : Əslixan Abuçov 作曲 : Əslixan Abuçov Həqiqət başımıza dolanıb şahidsiz Demişəm mən olanı Bilirəm ki, xəyalınız olduğum bu yerlərə Mən gəlmişəm ki, xəyalımda zəbt eləyim buranı İndi çamadanım dollar qoyub önümə Zombi olmağım üçün bax imza atıb ölülər Günü-gündən əfsanəyə dönürəm mən Qalxıb göyə göydələndən görürəm Boz rəngə boyanıb bu göylərimin rəngi Yaşıyırıq ümidlə biz - düzələcək bəlki Danışıram, danışdıqca tükənir bu səbrim Məni seçib dedilər ki, danış, düzü sən de Düzü sən de, danış, düzü sən de Lap istəsən mən susum, danış, düzü sən de Düzü sən de, danış, düzü sən de Lap istəsən mən susum, danış, düzü sən de Bu hirsimi yazım deyim, bil mənə “fake”lər lazım deyil Mən çoxdan hazıram, amma kütlənin hamısı hazır deyil İstədim bunu yazım deyim ki, mənə kütlər lazım deyil Mən çoxdan hazıram, amma kütlənin hamısı hazır deyil Düşünmədim necə partladam, amma düşündüm iş görüm partapart Və keçmədim heç vaxt ön sıralara, mən otururdum ən arxada Tək partada ki, hamını görüm, vay görürdüm ki, biz hamımız ölü Yolun başında da dəstək olanları gördüm yarı yolda hamı dönüb Xalqın gözü tərəzidir, gözlərim güzgü Ayılasız deyə versə düzləri düzdüm Gəl oturaq əyri, amma danışaq düzgün Yaxşı baxın, sizə sizi göstərib üzdüm Buraxmışdım düşmənimi yaxına (yaxına) İstəmədən mən də düşdüm axına Atdığınız daş pilləkən, pilləkənlə qalxıram Düşüşdəsiniz pillə-pillə, göydələndən baxıram Boz rəngə boyanıb bu göylərimin rəngi Yaşıyırıq ümidlə biz - düzələcək bəlki Danışıram, danışdıqca tükənir bu səbrim Məni seçib dedilər ki, danış, düzü sən de Düzü sən de, danış, düzü sən de Lap istəsən mən susum, danış, düzü sən de Düzü sən de, danış, düzü sən de Lap istəsən mən susum, danış, düzü sən de