作词 : Aslixan Abuchov 作曲 : Aslixan Abuchov Old Rap! Çox rahatam, çünki atam demişdi ki Çətinliyə inad edib, pozitiv ol həyata Düşmə qara dəliyə, çıx, özünü tez ələ al Bil həmişə belə olmur, yol uzundur, hələ var Düz deyir, həqiqətdir, gəlməliyəm özümə Çünki, bunun səbəbkarı, elə mənəm, özüməm Layiqincə davam edib, getməliyəm bu yolu ki O vaxtı RA-ya vermişdim söz mən “Ok”, söz, “bro”, sənin qadan alaram Sənin sözün bəs elədi ki, yenidən yaradam İmkan ver, söz deyim, haqq qazanım özümə mən Qapalıyam içimə ki, belə olur arada Yaxşı, davam edək, görək hələ nə olur “Inbox”a çox yazırlar, “təzə trek nə oldu?” Gələ, bu da təzə trek, eşələmə dərinliyi Çünki bunun üstü açıq danışıram səmimi Burası “Old school”, edirik hələ də rep Əgər bu işə bir dəyər olsa, mənə də deyin Sizə onu da deyim, mən yorulmadım Necə “Jay-Z” və “Snoop” edir hələ də rep Arzular çox böyük, nəticələr balaca İntiha ilə mən, bizi yaxşı bilir qara çay Uşaqlara dedim, gəlin birləşək Mən hələ də görməmişəm Deyok kimi çətinliklə dirəşən Knyaz-la əmi repin başını buraxıb Amma bizim X davam edir, yaşılı buraxmır Və Miro da görmür, ağa, hələ də öz dəyərin Yadımdadır, biz o vaxtı görmüşdük nələri NG və Miri bizim Old Rap-in təzəsi Əlinin də bəstəsi bu “beat”imi bəzəsin Bu musiqi haramdırsa, yazıram günahın birin Və həyat gülməlidir, Yüzbekin mizahı kimi Danışıram səmimi