作词 : Aslixan Abuchov 作曲 : Aslixan Abuchov Salam, qaqaş, de görüm necəsən, hə? Bizdən xəbərin yox, xəbərsizdir küçə səndən Buralar dağınıq “ghetto”, bura deyil mərkəz kimi Sənə bir ismarıc atsaq, o dəqiqə mərkəz bilir Gəzəndə bahalı maşın, yanında yekəpərlər Yatanda təkmi yatırsan, gəlirmi gecə pərilər? Məktəbdə də müəllimlər sənə yazmıyıb qayıblarını Rahat ol, diplomlu fəhlə tikib saraylarını Yanında yaxınların, uzaqların, qohumların Əynində bahalı geyim, bahalı saat qolundadır Amma mən tikanlı yollarda da heç yorulmadım Ayağımdakı ayaqqabını da dünən “mall”dan oğurladım Sənə bunu yazdım deyə işə qarışar PPX (ha) Vay, işə bax, məndə imiş “marixuana” Yaşadığın həyatı heç görməmişik yuxuda Siz oliqarx, biz xuliqan! Biz xuliqan! Həri, biz xuliqan! (Biz xuliqan) Aha, biz xuliqan! (Biz xuliqan) Biz xuliqan, həri, biz xuliqan! Biz xuliqan! (Biz xuliqan) Həri, biz xuliqan! (Biz xuliqan) Aha, biz xuliqan! (Biz xuliqan) Biz xuliqan, həri, biz xuliqan! Daha-daha necəsən dost? - de - Başqa nə var, nə yox? Məni də ki, soruşma, boş ver, mənəm də, həmənki o Gedirəm həmənki yol və hələ də rep zad deyirəm Sənə çox hörmət edirlər, mənə çox "respect" deyirlər Olmayıb puldan azmağım, axı var puldan azlığım Həyatda pul deyil hər şey, həyat, amma puldan asılıdır Deyirsən - "Niyə təksən, yanında bəs dostun hanı?" Baxaq da ciblərimə ki, nə qədər dostum qalıb Mən elə bil icbari, çıxmadım hələ sərhəddən Sən isə xarici gəz, tətilə get hər həftə Sənindir göy Xəzər, Bakı, sənindir yarımada da Görəsən, necə olur həyat uzaqda bir adada? Bir az var həyəcan məndə, uçacam qanad mənim İnan ki, bunu yazanda əlim əsirdi adrenalindən Mən necə tərləmişəm, nəysə Hələlik, dost, gözləyəcəm, gəl həmişə! Biz xuliqan! Həri, biz xuliqan! (Biz xuliqan) Aha, biz xuliqan! (Biz xuliqan) Biz xuliqan, həri, biz xuliqan! Biz xuliqan! (Biz xuliqan) Həri, biz xuliqan! (Biz xuliqan) Aha, biz xuliqan! (Biz xuliqan) Biz xuliqan, həri, biz xuliqan!