作词 : Aslixan Abuchov 作曲 : Aslixan Abuchov Olsamda sənə aid, amma Ola bilmirəm hələ sənə layiq Alınmır, mənimki gətirmir burda, axı Burdakı bir tərəzi də ölçülür pulla Buna görə pozular kefim De, nə vaxtsa çıxarıqmı bunların heyfini? Məncə yox, tükədib bitirirlər məni Sevsə də nə qədər Gəncə çox Dəyişmişəm, amma geymim eynidir Bu ritmim dəyişsə də, deyimim eyni Boş “fame”i neyləyim, hamı eyni-eyni Belə neyləsəm də hamı deyinir eyni Düşün, təssəvvür et ki, mənim Təsəlim sənsən bu əsəbimə, yenə Bəzənib gəl, bir gəzərik həm, belə Məzəli rəng qat bu əsərimə Qara bulud göylərim, mən Orda günəş, ay görmədim, amma Düşünmürəm yolu dönməyi ki Bir sən varsan, mənə hər şey boş Bir sən gəl... Hamı getsin, hamı getsin, bir sən gəl Qalaq ikimiz, sən və mən... Depressiya, düşüm hərdən dibə Axı qeybətim gəzir hər dildən dilə Sol qulağım yanırdı eşidirdim ki, mən Necə olub partlayıb bu birdən-birə, amma Görmürdü heç kim on il əziyyətimi və Kim nə bilir çətin, ağır vəziyyətimi İllərlə şahiddir mikrofonum ki, neçə Tutarlı “punch”larım itbat olub, hələ Minnətləri heç daşımaq olmur Kim yaxşılıq edib sonra başıma vurur Qohum da şər atar, narkomanam, amma Bilmir ki, sənsən tək marixuanam Burdan tez ol qaçaq, bir də Qapısını bağla evin, götür açarını Görən uçur haçan bizim təyyarəmiz Ki, minib, gözləri yumub, gedib orda açarıq... Qara bulud göylərim, mən Orda günəş, ay görmədim, amma Düşünmürəm yolu dönməyi ki Bir sən varsan, mənə hər şey boş Bir sən gəl... Hamı getsin, hamı getsin, bir sən gəl Qalaq ikimiz, sən və mən...