作词 : Asif Məhərrəmov 作曲 : Asif Məhərrəmov Sən yoxsan, yanımda səndən ayrı hər kəs var, İçimdə çox qəribə bir səs var. Deyir unut, bacarmıram... Sən yoxsan, inan nə gündüzüm, gecəm yoxdur, Sənə deyilməmiş sözüm çoxdur. Nə olar qayıt bacarmıram. Təklikədən yoruluram, Həsrətlə doğuluram. Yaşamıram, boğuluram, Gəl qoyma ki, yorulum. Düşsün kaş sənə yolum, Səni görüm rahat olum, Gəl tez gəl. Ağlımdan silmək istəsəm, O gün günəş batar. Bulut çökər yerə, Yer , göy də rəngin dəyişər. Tənhalıq yağar hər yerə. Bir sözlə sənsizliyimin, Alıram acığını, özüm - özümdən, Bağlayıb özümü sənsizlik ipinə, Asıram iki gözümdən.