作曲 : Jamil Mammadli Həyatımın mərkəzində, tən ortasında Sürdüyüm bu ömrün hər dəqiqəsində Nəğmə oxuyan küləyin həzin səsində Sən varsan, gülən gözlərin var Ayrılıq dolu filmin hər səhnəsində Parçalanmış gəminin göyərtəsində Sonsuz sevən insanın düşüncəsində Mən varam, ümidlərim var Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz, divanə Qışa döndü yazım, baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim? Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz, divanə Qışa döndü yazım, baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim? Sən yanan şam, pərvanətək məftunam sənə Qısa olan bu ömrümdə məcburam sənə Günahım sevməksə əgər həmdəmim ol Hər cəzaya mən razıyam, məhkumam sənə Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz, divanə Qışa döndü yazım, baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim? Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz, divanə Qışa döndü yazım, baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim?